Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:37

İstefa vermiş bölmə rəhbəri ittiham edir, AYB cavab verir


Namiq Hacıheydərli və Xəyal Rza (sağda)
Namiq Hacıheydərli və Xəyal Rza (sağda)

-

"Xalqın sözünü xalqın şairi, xalqın yazıçısı deməsin, bəs kim desin?"

"Əgər bir üzv müxalifyönümlüdürsə,bütün təşkilatdan da belə mövqe gözləməməlidir".

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri Namiq Hacıheydərli öz vəzifəsindən istefa verdi. O, Azadlıq Radiosunun "Oxu Zalı"na bildirib ki, bu addımı atarkən vicdanının səsini dinləyib və doğru hesab etdiyi qərarı verib.

Namiq Hacıheydərli bildirir ki, AYB-nin öz Muğan bölməsinə laqeyd münasibət bəsləməsinə etiraz edir. Həmçinin "AYB məmur özbaşnalığına qarşı seyrçi mövqe sərgiləməsinə və susqun halına, ölkədə yazarlarımızın acınacaqlı durumuna kifayət qədər diqqət ayırmamasına”.

N.Hacıheydərli deyir ki, ölkə yazarları acınacaqlı vəziyyətdə yaşayır:

"Təsəvvür edin, 50-60 yaşında yazarlarımız kirayələrdə və yataqxanalarda ömür çürüdür. Qələm adamlarımız kimlərinsə onların cibinə qoyacağı 5-10 manata ehtiyacı olan durumdadı, xəstə uşağını həkimə apara bilməyəcək qədər yoxsuldu, qızına elçi gələn adamları içəri dəvət edə bilməyəcək qədər şəraitsizdi və sair. Belə bir durumda AYB rəhbərliyi hakimiyyət qarşısında təkliflərlə çıxış etmək, təkliflərə biganə yanaşıldıqda sərt münasibət bildirmək, tarix və gələcək nəsillər qarşısında nifrət hədəfi olmaqdan qorunmaq əvəzinə susur və seyr edir.

Bilirəm ki, ölkdəki işsizlik probleminə, yoxsulluğun yüksək həddə çatmasına, insanların banklardan asılı duruma düşməsinə mövcud hakimiyyətin yanlış iqtisadi siyasəti nədən olub. Lakin nəticədə əziyyət çəkən bu xalqdı axı. Xalqın sözünü xalqın şairi, xalqın yazıçısı deməsin bəs kim desin?"

dən anlayış göstərmək əvəzinə aqressiv münasibət bildirildi”. – deyə Namiq Hacıheydərli Oxu Zalına bildirib.

AYB-nin mətbuat katibi Xəyal Rza isə "Oxu Zalı"na bildirib ki, rayon bölmələrinin heç birinə maliyyə dəstəyi göstərməyə imkan yoxdur. Ancaq rayon bölmələri yerli icra hakimiyyəti orqanlarına müraciət edərək onlardan maliyyə və təşkilati dəstək ala bilərlər. AYB-nin bir çox rayon bölməsi indi belə fəaliyyət göstərir:

“O ki qaldı Namiq Hacıheydərlinin özünə, o, AYB-nin Muğan bölməsindən istefa versə də, hələ də AYB üzvlüyündə qalır. Onun istefasına səbəb kimi göstərdiyi "AYB ictimai məsələlərə münasibət bildirmir" iddiası ilə bağlı onu deyə bilərəm ki, bizim təşkilat cəmiyyətdə baş verənlərə qətiyyən biganə deyil, daim özünü ifadə edir. Ancaq, əgər bir üzv müxalifyönümlüdürsə, bütün təşkilatdan da belə mövqe gözləməməlidir. Çünki AYB-nin 1600-dən çox üzvü var və üzvlərin hər biri fərqli mövqelərdə ola bilərlər. Təşkilatımız üzvlərin fərdi fikirlərinə uyğun hərəkət etmək, bəyanatlar vermək öhdəliyi götürməyib".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG