Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:56

Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şuranın rəhbərliyi Bakı Şəhər İcra Hakimiyyətinin mayın 17-də yox, 16-da mitinq keçirmək barədə təklifini mayın 13-də müzakirə edəcək və mayın 16-da mitinqin keçirilib-keçirilməməsi barədə qərar qəbul olunacaq.

Bu barədə APA-ya açıqlamasında AXCP sədrinin müavini, Milli Şuranın Mitinq Komitəsinin üzvü Fuad Qəhrəmanlı məlumat verib.

Bakı Şəhər İcra Hakimiyyəti bundan əvvəl Milli Şurasının mayın 16-da Yasamal rayonundakı keçmiş Məhsul stadionunda mitinq keçirməsinə icazə verib.

Meriya həmçinin gələcəkdə planlaşdırılan mitinqlərin şənbə günlərinə təyin olunmasını məqsədəuyğun hesab edib.

Milli Şura bundan əvvəl də həmin ərazidə bir neçə dəfə “Talana son” şüarı ilə icazəli mitinq keçirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG