Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:19

Nepalda baş verən yeni zəlzələdə 50-ə yaxın adam ölüb


Nepalda zəlzələ

Nepalda zəlzələ

Mayın 12-də Nepalda baş verən yeni zəlzələdə ölənlərin sayı 47 nəfərə çatıb.

Rəsmilər isə azı 42 nəfərin öldüyünü, 1000-dən çox adamın yaralandığını deyirlər.

ABŞ geoloji xidmətinin məlumatına görə, bu dəfə yeraltı təkanların gücü 7,4 olub.

Paytaxt Katmanduda təşvişə düşən insanlar küçələrə axışıb.

Həmçinin qonşu Hindistanda azı 4, Tibetdə isə1 nəfərin öldüyü xəbər verilir.

Zəlzələnin mərkəzi Çin sərhəddinin yaxınlığında, paytaxt Katmandu ilə Everst dağının arasında qeydə alınıb.

Bundan əvvəl-aprelin 25-də Nepalda baş verən zəlzələdə 8 mindən çox adam ölüb, 17 mindən çox adam isə yaralanıb.

Həmin vaxt yeraltı təkanların gücü 7,9 bal idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG