Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:51

-

Mayın 14-də saat 15:00-də şərqşünas alim,akademik Ziya Bünyadovun «Xarəzmşahlar- Anuştəginilər dövləti. 1097-1231» kitabının ingilis dilində nəşrinin təqdimat mərasimi olacaq.

AMEA-nın yaydığı xəbərə görə, Milli Azərbaycan Tarixi Muzeyi, Şərqşünaslıq İnstitutu və Özbəkistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq tədbir Milli Azərbaycan Tarixi Muzeyində(Hacı Zeynalabdin Tağıyev küç., 4.) keçiriləcək.

Bu əsər 1986-cı ildə Moskvada «Nauka» nəşriyyatında («Государство Хорезмшахов-Ануштегинидов») çap olunub və çox böyük maraqla qarşılanıb.

«Xarəzmşahlar-Anuştəginilər dövləti. 1097-1231» əsəri Ziya Bünyadovun ən ciddi və fundamental əsərlərindən sayılır.

Əsərdə Xarəzmşahlar dövlətinin tarixini yazdığına, türk tarixinin ən görkəmli simalarından olan sonuncu Xarəzm şahı Cəlaləddin Məngburninin obrazını əbədiləşdirdiyinə görə Ziya Bünyadova «Urgənc (Xarəzm) şəhərinin fəxri vətəndaşı» adı verilib.

70-ci illərdə bu tarixi araşdırmaq «keçmişi idealizə etmək» adı ilə Özbəkistanda qadağan olunmuşdu

Günün bütün mövzuları

XS
SM
MD
LG