Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:58

Eldar Mahmudov Nikolai Patrushevi qəbul edib


Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov ölkədə səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolai Patrushevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin məlumatına görə, görüşdə mütəşəkkil cinayətkarlıq və terrorçuluqla mübarizə sahəsində görülən işlər, habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eldar Mahmudov Nikolai Patrushevə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə təhlükə olduğunu və problemin hələ də həll olunmamış qaldığını bildirib.

Nikolay Patruşev isə Rusiya ilə Azərbaycan arasında uzun tarixi-mədəni, dostluq və tərəfdaşlıq əlaqələri olduğunu bildirib, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması üçün aidiyyəti strukturlar, o cümlədən xüsusi xidmət orqanları arasında əməkdaşlığın dinamik inkişafını qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG