Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:41

Rusiyada həbsdə olan keçmiş ukraynalı pilot Nadia Savchenko aclıq aksiyasını dayandırıb.

Bu barədə insan haqları üzrə şuranın rəhbəri Mikhael Fedotov onunla görüşdən sonra məlumat verib.

Onun sözlərinə görə, Nadia qarşıdan gələn məhkəməyə güc toplamaq üçün aclığı dayandırmaq qərarına gəlib.

Savchenko örən il dekabrın 15-dən bu yana azadlıq tələbi ilə iki dəfə aclıq aksiyası keçirib.

O 10 aydır ki, həbsdədir.

Məhkəmə ötən həftə onun həbs müddətini iyunun 30-dək uzadıb.

Savchenko Ukraynanın şərqində 2 rusiyalı jurnalistin ölümündə əli olmaqda və sərhəddi qanunsuz keçməkdə ittiham olunur.

O ittihamları rədd edir və rusiyapərəst separatçılar tərəfindən tutularaq Moskvaya təhvil verildiyini deyir.

Mayın 11-də onun 34 yaşı tamam olub.

Ukrayna və Qərb ölkələri onun azad edilməsini tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG