Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:40

-

Bakı şəhər İcra Hakimiyyəti Milli Şuraya mitinqi mayın 16-da keçirməyi məsləhət bilib.

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.

Onun dediyinə görə, bunu mətbuatdan oxuyublar: «Bakı şəhər İcra Hakimiyyətindən mətbuata bildirilib ki, aksiyanın mayın 16-na keçirilməsinə razılıq verilir. Əvvəla bu, kobud qanun pozuntusudur. Çünki Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılardan xəbərsiz aksiyanın vaxtını dəyişmək və ya vaxt təyin etmək hüququ yoxdur. İndi biz bu məsələni müzakirə edib açıqlama verəcəyik».

Fuad Qəhrəmanov deyir ki, onlar aksiyanın mayın 16-da keçirib-keçirməyəcəklərinə qərar verəcəklər: «Bizim bütün hazırlığımız mayın 17-nə hesablanıb. Bildirişlər hazırlamışıq. Facebook-da «event» yaradılıb və 60 min adama dəvətnamə göndərilib».

Milli Şura mayın 17-də ölkədə qiymətlərin qalxmasına son qoyulması və Avrointeqrasiya tələbi ilə aksiya keçirmək istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG