Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:52

Ukraynanın Ali Radası xaricilər və vətəndaşlığı olmayan şəxslərin Ukrayna ordusunda müqavilə əsasında xidmət edə bilməsini nəzərdə tutan qanun layihəsi imzalayıb.

Qanun layihəsinə 257 deputat səs verib.

Lyihənin müəllifləri qeyd edir ki, könüllü batalyonların yaradılmasına başlandıqdan sonra,hərbi təcrübəsi olan xaricilər gəlməyə başlayıb.

Mövcud qanunvericiliyə görə, Ukrayna ordusu və digər hərbi birləşmələr yalnız Ukrayna vətəndaşlarının səfərbərliyi yolu ilə yaradıla bilər.

Son 24 saat ərzində Donbasda 3 Ukrayna əsgərinin öldüyü bildirilir.

Ukrayna komandanlığının məlumatına görə, rusiyapərəst separatçılar İlovaysk vəTorez şəhərlərinin yaxınlığına artileriya qurğuları cəmləşdirirlər.

Tərəflər bu ilin fevralında atəşkəs zazişi bağlasalar da atəşkəs rejiminin vaxtaşırıpozilduğu müşahidə olunur.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG