Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:25

Rauf Mirqədirovun həbs müddəti sentyabrın 19-dək uzadılıb


Rauf Mirqədirov
Rauf Mirqədirov

-

Mayın 12-də Bakı Apellyasiya Məhkəməsi Rauf Mirqədirovun daha 4 ay həbsdə qalması ilə bağlı Nəsimi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Rauf Mirqədirovun vəkili Fuad Ağayevin AzadlıqRadiosuna verdiyi məlumata görə, jurnalistin həbs müddəti sentyabrın 19-na kimi uzadılıb və Bakı Apellyasiya Məhkəməsi də aşağı instansiyanın qərarını dəyişməyib.

Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya edilib və dərhal da həbs olunub.

O, Ermənistanın xeyrinə casusluq etmək, dövlətə xəyanətdə ittiham olunur.

Jurnalist ittihamı rədd edir.

XS
SM
MD
LG