Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:36

-

Azərbaycanlı işadamı Nizami Piriyev həbs olunub.

apa-nın məlumatına görə, o, dələduzluq və ictimai əmlakın talanması maddələri ilə təqsirləndirilir.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə N.Piriyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Nizami Piriyev «PNN Group» şirkətinin təsisçilərindəndir. «PNN Group» şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən «AzMeCo» şirkətindədir.

«PNN Group» «De Beers» və «Hamley's» brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda «KFC» restoranlar şəbəkəsini də qurub. Ölkədə 50-dək «KFC» restoranı fəaliyyət göstərir.

«PNN Group»un digər sahibi onun oğlu Nəsib Piriyevdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG