Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Hollande ABŞ-ı Kubaya qarşı sanksiyaları aradan qaldırmağa çağırıb


Francois Hollande və Fidel Castro

Francois Hollande və Fidel Castro

Fransa prezidenti Francois Hollande 1960-cı ildə ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları aradan qaldırmağa çağırıb.

O belə bir bəyanatla mayın 11-də Havanada çıxış edib.

Ollande bildirib ki, bu sanksiyalar Kubanın inkişafına böyük ziyan vurub və aradan qaldırılmalıdır.

Francois Hollande 100 il ərzində Kubaya səfər edən ilk Fransa lideridir.

ABŞ-la Kuba ötən ilin sonunda münasibətləri normallaşdırmaq qərarına gəliblər.

Hollande Kubaya səfəri zamanı prezident Raul Castro və onun böyük qardaşı, keçmiş prezident Fidel Castro ilə ilə görüşüb.

Bundan başqa onun yerli universitetdə çıxışı olub.

O həmçinin səfər zamanı siyasi məhbusların azad edilməsində böyük rolu olan Havana kardinalı Ortega y Alamino ilə görüşüb, onu Fransanın Fəxri Leqion ordeni ilə təltif edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG