Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 14:48

Yolda uçqun olub


Foto ilülstrasiya
Foto ilülstrasiya

-

Lənkəran-Lerik yolunun 29-cu kilometrliyində uçqun olub.

Bu barədə lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu Ələmdar Piriyev məlumat verib.

Onun dediyinə görə, uçqunun baş verməsinə səbəb son günlər havaların yağıntılı keçməsidir. Hadisə nəticəsində yolda hərəkət dayanıb: «Hazırda nazirliyin əməkdaşları hadisə yerində araşdırma aparırlar. Artıq yol təmizlənib və avtomobillərin hərəkəti bərpa olunub».

Ə.Piriyev deyib ki, Lənkəran-Lerik yolunun başqa hissələrində də zəif uçqunlar qeydə alınıb.

Uçqun zamanı xəsarət alan olub-olmadığı barədə məlumat verilmir.

XS
SM
MD
LG