Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:50

Ankarada 28 May Yürüşü olacaq


Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə

-

«Gənclər Klubu» İctimai Birliyi bu il Ankarada «28 May Cümhuriyyət Yürüşü» keçirəcək.

Təşkilatdan AzadlıqRadiosuna verilən məlumata görə, onlar Ankarada Respublika günü münasibəti ilə Bayram yürüşü təşkil edəcəklər:

«Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə təşkil ediləcək görüşə mayın 26-da Bakıdan Ankaraya böyük nümayəndə heyəti yola düşəcək. Bu heyətin tərkibinə fəal gənclər, ziyalılar və mətbuat nümayəndələri daxil olacaq. Türkiyədən isə azərbaycanlı tələbələr və ziyalılar, Ankarada müxtəlif universitetlərdə təhsil alanlar qoşulacaq».

Təşkilat təmsilçisi Zaur Əkbərin bildirdiyinə görə, mayın 28-də Ankaranın mərkəzindən Məhəmməd Əmin Rəsulzadənin «Əsri» qəbiristanlığındakı məzarına yürüş olacaq: «Böyük öndərin xatirəsi yad olunduqdan sonra Azərbaycanın keçdiyi yol və AXC-nin fəaliyyəti mövzusunda çıxışlar olacaq».

Zaur Əkbər deyir ki, bayram yürüşünə hər kəs qoşula bilər, bir şərtlə ki, yol və qalma xərclərini özü ödəsin.

Yürüşçülər səfərə avtobusla çıxacaqlar.

XS
SM
MD
LG