Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:54

-

«Azadlıq» qəzeti 12 may tarixli sayında yazır ki, Oyunlara görə tətbiq edilmiş qadağalar sadə vətəndaşı müflis edir:

«Oyunlar zamanışadlıq saraylarının fəaliyyəti dayandırılacaq. Ola bilər ki, bundan şadlıq sarayının sahibləri o qədər də məyus olmasınlar. Amma bu şadlıq saraylarında ofisiantdan tutmuş, aşpaza qədər 1000-lərlə insan çalışır və onların gündəlik dolanışığı toylardan asılıdır.

Avropa Oyunları zamanı iri yük maşınlarının şəhərə giriş-çıxışı qadağan ediləcək. Deməli, yükdaşıma xidməti də dayandırılacaq və bu işlə məşğul olan 100-lərlə insan mənfəətdən məhrum olacaq. Üstəlik, tələbat duyulan malların sifarişini həyata keçirənlər də fasilə edəcək və alğı-satqı prosesi də dayanacaq.

Avropa Oyunları zamanı küçə ticarətinə də imkan verilməyəcək. Xırda köşklərdə tum, siqaret, kontur və digər zəruri məhsullar sataraq ailəsini dolandıran adamlar da zərərlə üzləşəcək.

Avropa Oyunları zamanı taksi fəaliyyəti ilə məşğul olan şəxslər də məhrumiyyətlə üzləşəcəklər. Köhnə maşınlar, ümumiyyətlə, şəhərə buraxılmayacaq, digər avtomobillər isə məhdudiyyətlərlə hərəkət edəcək, alternativ yollar daha çox çətinliklər yaradacaq və s. Heç kimə sirr deyil ki, bu ölkədə 10 minlərlə insan taksi fəaliyyəti göstərir və gündəlik dolanışqları məhz bundan asılıdır. Metro stansiyalarının qarşısında dayanıb 1-2 manat müqabilində xidmət göstərən adamlara Avropa Oyunları zərbə olacaq».

QƏRB LEYLA YUNUSU NİYƏ AZAD ETDİRƏ BİLMƏDİ?

Bu sərlövhə ilə yazı dərc edən «Yeni Müsavat» qəzeti Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunusun həbsindən 10 aya yaxın vaxt ötdüyünü xatırladır: «SDİ rəhbərinin həbs təhlükəsi yarandığı vaxtlarda Azərbaycan hakimiyyətinin onu məhbus etməyə gücünün yetməyəcəyi barədə söz-söhbətlər gəzirdi. Amma göründüyü kimi, o, 10 aydır vicdan məhbusudur...

Leyla Yunus

Leyla Yunus

Bundan əlavə, L.Yunus həbs edilərkən, ölkə iqtidarının Avropanın böyük dövlətlərinin təzyiqləri ilə üzləşəcəyi deyilirdi. Bu fikirlərə müəyyən mənada haqq vermək olardı. Çünki ABŞ və Fransada böyük nüfuza sahib olan SDİ rəhbəri sıradan birisi deyildi. Fransanın «Fəxri Legion» ordeninin kavaleri olan hüquq müdafiəçisinin həbs məsələsinin François Hollande tərəfindən Azərbaycan prezidenti qarşısında qaldırılması deyilənlərə sübut ola bilər. Nüfuzlu xarici təşkilatlar da dəfələrlə L.Yunusun azad olunması üçün bəyanatlar veriblər. Amma görünən odur ki, Azərbaycan hakimiyyəti onu həbsdə saxlamaq üçün mümkün olan bütün variantlardan istifadə edir».

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu «Yeni Müsavat»a müsahibəsində deyir ki, L.Yunusun azad olunması üçün nəzərdə tutulan bütün addımlar atılıb: «Beynəlxalq aləmdə aidiyyəti instansiyalar tərəfindən nəzərdə tutulan bütün addımlar atılıb. Onunla bağlı dövlət başçısına müraciət olunub. Konkret Fransa prezidenti, Xarici İşlər Nazirliyi səviyyəsində belə müraciətlər edilib. Hətta bir sıra hallarda tələb kimi olub. Leyla Yunus nüfuzlu mükafatlara təqdim olunub. Bundan artıq nə etmək olar? Azərbaycan hakimiyyəti birmənalı şəkildə dirəniş göstərir. Heç bir siyasi məhbusu azad etmək istəmir. Nəinki azad etmir, hətta deyir ki, siyasi məhbus yoxdur. Məsələyə obyektiv baxmaq lazımdır. Belə olan halda ABŞ və Fransanın hansı yolları qalır? Əllərində olan mümkün variantlardan istifadə edərək, azad etməyə çalışırlar. Azərbaycan hökuməti buna getmir. Ola bilsin ki, yaxın zamanlarda başqa varianta əl atsınlar.

Metodlar həddindən artıq çoxdur, sanksiyalar da ola bilər. Nadir hallarda belə şeylər olub ki, hansısa siyasi məhbusa görə dövlətlərarası münasibətlər pozulub».

«Alovqoruyanlar»ın yürüşü – 11 may 2015

«Alovqoruyanlar»ın yürüşü – 11 may 2015

«ALOVQORUYANLAR»IN YÜRÜŞÜ

yap.org.az yazır ki, Bakıda birinci Avropa Oyunları ilə əlaqədar «Alovqoruyanlar»ın yürüşü keçirilib:

«Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) könüllülərlə iş departamenti mayın 11-də birinci Avropa Oyunları «Alovqoruyanlar»ının yürüşünü təşkil edib.

Bakı Dəniz Vağzalının yaxınlığından start götürən və könüllülərin qatıldığı yürüş parkın Yeni Bulvardakı attraksion-panoramın yanında başa çatıb.

Yarışın qalibləri Avropa Oyunlarına açılış mərasiminə biletlər, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Sonra könüllülər arasında müxtəlif viktorinalar, yarışlar təşkil olunub».

Günün bütün mövzuları

XS
SM
MD
LG