Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:45

-

Qarabağ müharibəsi döyüşçüsü Mehman Hüseynov vəfat edib.

Bu barədə modern.az saytına mərhumun döyüşçü dostları məlumat veriblər. Onun meyiti tək yaşadığı evində tapılıb. Keçmiş döyüşçünün ürək tutmasından keçindiyi bildirilir.

Keçmiş döyüşçü Nazim Bayram deyib ki, Mehman Hüseynov Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tənha həyat sürürmüş. Elə ötən gecə tənha yaşadığı mənzilində də vəfat edib. Onun meyitini dostları aşkar ediblər. Belə ki, Qarabağ döyüşçüsünün telefon zənglərinə cavab vermədiyini görən dostları polislə onun evinə gəliblər, qapını sındırıb, mənzilə daxil olublar.

Mehman Hüseynov Milli Ordunun ilk hərbi hissələrindən birində - Şıx batalyonunda döyüşə yollanan birinci könüllülərdən olub. O, adıçəkilən batalyonda tağım komandiri olub.

1991-ci ilin dekabrında Qarabağın Kərkicahan qəsəbəsində Mehmanın tağımı düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərib. O zaman hərbçilərin silah-sursatları bitib, əsgərlərin çoxu həlak olub, onun özü isə yaralı vəziyyətdə əsir düşüb.

Mehman Hüseynovun döyüş yolu mərhum rejissor Ceyhun Mirzəyevin ekranlaşdırdığı «Fəryad» filminə salınıb. O, bu ekran əsərinin baş qəhrəmanının prototipi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG