Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:26

Manatın məzənnəsi - 12.05.2015


Manat/Dollar
Manat/Dollar

-

Mayın 12-də bayram günləri ilə müqayisədə dolların məzənnəsi manata nisbətən cüzi bahalaşıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 12-ə təyin etdiyi məzənnəyə görə, 1 dollar 1.0484 manata təklif olunur.

Avro isə cüzi ucuzlaşıb. Hazırda Mərkəzi Bank 1 avronun məzənnəsini 1.1697 manat dəyərində müəyyənləşdirib.

Bu ilin fevralın 21-də Mərkəzi Bank manatın devalvasiyasına gedib, milli valyuta dollara nisbətən 35 faiz ucuzlaşıb. Ona qədər uzun illər ölkədə 1 dollar 78 qəpiyə satılırdı.

XS
SM
MD
LG