Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:20

-

Kosovo liderləri bu ərazinin vətəndaşlarının qonşu Makedoniyada ötən həftəsonu silahlı toqquşmada “hər hansı iştirakı”nı pisləyir. Həmin toqquşmalarda səkkiz polis ölüb, 14 şübhəli silahlı yaralanıb.

Kosovo prezidenti Atifete Jahjaga və baş nazir Isa Mustafa mayın 11-də birgə bəyanat yayıblar. Makedoniyada isə Kumanovo şəhərində atışmadan sonra matəm elan olunub.

Mayın 9-da başlanan atışma 2001-ci ildən bəri Makedoniyada ən pis zorakılıq kimi qeydə alınıb. Hakimiyyət təslim olan 30 silahlıya qarşı terrorçuluq ittihamları irəli sürüb.

Makedoniya prezidenti Gjorge Ivanov silahlıları “yaxşı təlim görmüş ekstremistlər və cinayətkarlar” adlandırıb. Baş nazir Nikola Gruevski silahlı qrupun beş liderinin adını çəkib, hamısı Kosovo vətəndaşlarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG