Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:43

-

Mayın 12-də ABŞ Dövlət katibi John Kerry Soçidə Rusiya prezidenti Vladimir Putin-lə görüşəcək və Suriya müharibəsinə siyasi həll variantları axtarılacaq. Ukraynanın şərqində müharibə səbəbindən Birləşmiş Ştatlar və Rusiya arasında gərginliyə baxmayaraq, Kerry ümumi məxrəc nöqtələri tapmağa çalışır.

Rusiya da Birləşmiş Ştatlar və Avropa Birliyi kimi Suriyada zorakılığa cəlb olunmuş minlərlə qərbli sarıdan, onların zorakılığı öz ölkələrinə ixrac edə biləcəyindən narahatdır.

İslam Dövləti ekstremist qrupunun komandirlərindən çoxu çeçenlərdir. Rusiyanın Çeçenistan regionunda yaraqlılar onillərdir Moskva ilə vuruşur. Suriya müharibəsindən daha çox silahlı onlara qoşula bilər. Suriya ilə diplomatik həll əldə etmək cəhdləri alınmayıb.

Putin Kerry-nin görüş təklifini dərhal qəbul etməyib.

Kerry Soçidə çox qala bilməyəcək. O, NATO-nun Türkiyədə görüşünə qatılacaq, daha sonra dərhal Vaşinqtona uçacaq, orada Prezident Barack Obama-nın ərəb liderləri ilə sammitində iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG