Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:57

-

Polşa prezidenti Bronislaw Komorowski mayın 10-da seçkinin birinci raundunu Avropa Parlamentinin əvvəl tanınmayan üzvünə uduzub. Bu, Polşa siyasətində son illərin şoku sayıla bilər. Kommunist erasının dissident olan Komorowski ölkədə ən çox inanılan liderlərdən biridir və seçkini asanlıqda udacağı gözlənirdi.

Nəticələr sağçı Hüquq və Ədalət partiyasının hakimiyyətə gəlməsi ehtimalını artırır. Andrzej Duda səslərin 34.8, Komorowski isə 33.8 faizini toplayıb. İkinci raund mayın 24-də keçiriləcək.

Hüquq və Ədalət partiyası 2005-2007-ci illərdə hökuməti idarə edib və Polşa dəfələrlə Brüssellə toqquşub, Almaniya ilə münasibətlər gərginləşib. Bu partiya Rusiyanı da həddən artıq tənqid edib.

Partiya lideri Jaroslaw Kaczynsk Rusiya prezidenti Vladimir Putin-i 2010-cu il təyyarə qəzasında əkiz qardaşı Lech Kaczynski-nin ölümünə görə ittiham edib. Ancaq onun fikirlərini əsaslandıracaq dəlil tapılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG