Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:00

Francois Hollande Havanada Fidel Castro ilə görüşüb

Fransa prezidenti həmçinin Kuba katolik kilsəsinin başçısı kardinal Jaime Ortega-nı öz ölkəsinin ən yüksək mükafatı olan Şərəf Legionu ordeni ilə təltif edib.

Fransa prezidenti Francois Hollande Havanaya səfəri əsnasında adanın inqilabi lideri Fidel Castro ilə görüşüb.

Cənab Hollande-ın bu səfəri Kubaya 1898-ci ildən bəri ilk fransız liderinin səfəridir.

Fransa lideri həm də Kuba ilə ABŞ arasında münasibətlərin pozulmasından bəri Kubaya səfər edən ilk Qərb lideri olub.

Hollande jurnalistlərə deyib ki, qarşısında “tarixi yaradan şəxslərdən birini” görüb.

Fransa prezidenti deyib ki, onun ölkəsi Kubanın iqtisadiyyatına ötən illərdə vurulmuş ziyanın aradan qaldırılmasında yaxından iştirak etmək niyyətindədir.

Cənab Hollande kubalı tələbələrin Fransada təhsil ala bilmələri üçün elm və təhsil sahəsində mübadilənin inkişaf etdiriləcəyindən danışıb.

XS
SM
MD
LG