Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:12

Çin və Rusiya Aralıq dənizində birgə təlim məşqlərinə başlayıblar


Çin və Rusiya ötən il Sakit okeanda birgə təlim məşqləri keçirmişdilər.

Çin və Rusiya ötən il Sakit okeanda birgə təlim məşqləri keçirmişdilər.

Rusiya və Çinin hərbi dəniz donanmalarının gəmiləri Aralıq dənizində birgə manevr keçirirlər. Təlim məşqləri bir həftə davam edəcək.

Rusiya və Çinin hərbi dəniz donanmalarının gəmiləri Aralıq dənizində birgə manevr keçirirlər. Təlim məşqləri bir həftə davam edəcək.

Təhlilçilər bildirirlər ki, bu hərbi oyunlar miqyasına görə kiçik olsa da, Moskva və Pekin arasında müdafiə sahəsində əməkdaşlığın artmasını nümayiş etdirir.

Bu həm də Çinin dəniz donanmasının öz üfüqlərini genişləndirməyə çalışdığını göstərir.

Təlimlərdə Çinin iki raket freqatı iştirak edir. Rusiya tərəfindən manevrlərə 6 gəmi qatılıb.

Son illərdə Rusiya Aralıq dənizində hərbi mövcudiyyətini genişləndirməyə can atır.

Rusiyadan fərqli olaraq Çin üçün Aralıq dənizi heç vaxt strateji əhəmiyyətə malik olmayıb, lakin son illərdə Çin hərbiyyəsi yeni ərazilərə maraq göstərir.

Təhliçilər bunu da qeyd edirlər ki, Rusiya Qərbin onun sərhədlərindəki fəallığına cavab olaraq Çin-Rusiya müdafiə əməkdaşlığının artdığını göstərməyə çalışır.

Onlar qeyd edirlər ki, bu mənada hazırkı manevrləri “strateji teatr” da adlandırmaq olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG