Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:12

Ədliyyə naziri Mahfouz Saber televizyaya verdiyi müsahibədə demişdi ki, “zibilçilərin uşaqları hakim ola bilməzlər”.

Misirin baş naziri bildirib ki, ölkənin ədliyyə naziri zibilçi uşaqları barədə etdiyi qeydlərdən sonra istefaya məcbur edilib.

Ədliyyə naziri Mahfouz Saber televizyaya verdiyi müsahibədə demişdi ki, “zibilçilərin uşaqları hakim ola bilməzlər”.

Cənab Saber demişdi ki, “zibilçi uşaqları lap hakim təyin edilsələr də bu iş onları tez yora bilər”.

Keçmiş nazir izah edib ki, hakimlər “ali sinifdir və onlar nəcib ailələrdən gəlməlidirlər”.

Minlərlə insan nazirin bu qeydlərini sosial mediada kəskin tənqid edib.

Təhlilçilər bildirirlər ki, bu cür imtiyazlı və proteksiyalı sistem 2011-ci ildə Hosni Mubarak-ın devrilməsinə səbəb olub.

Buna baxmayaraq, nazirin vəzifəsini itirməsi liberallar üçün kiçik qələbə sayıla bilər.

Nazirin özü bildirib ki, dediyi sözlər özü də fikir vermədən ağzından çıxıb.

Misirdə zibilçiliklə, əsasən “zəbbalin” adlandırılan xristian koptlar məşğul olurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG