Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:55

-

Tar ifaçısı Məhbub Şüküroğlu və rejissor Rəşid Ağamalıyev tar həvəskarları üçün video dərslik hazırlayıblar.

Youtube-a qoyulan video-dərslərdə Azərbaycan muğamlarının sirləri sadə şəkildə izah edilir.

Tarzən Məhbub Şüküroğlu deyir ki, tar, muğam öyrənmək üçün ona çoxlu müraciətlər vardı:

"Təbii ki, bu qədər tələbəylə məşğul olmaq çox çətin idi. Rəşid Ağamalıyevin bu təklifi isə lap yerinə düşdü. Həvəslə işə başladıq. İnanıram ki, bütün Muğam öyrənmək arzusunda olanlar bizim bu dərslərimizdən yararlanacaqlar.”

Layihənin rejissoru Rəşid Ağamalıyev deyir ki, tar sənətinə və muğama vurğundur:

"Bilirəm ki, mənim kimi Azərbaycanda və xaricdə yaşayan insanların sayı çoxdur, amma müəyyən səbəblərə görə müəllim yanına gedə bilmirlər. Mən ümid edirəm ki, bizim tar dərslərimiz belə insanlara tar öyrənməyə kömək edəcək".

Günün bütün mövzuları

XS
SM
MD
LG