Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:10

-

"Qanun" nəşriyyatından iki yeni kitab gəldi.

Lion Feyxtvanger “Lautenzak qardaşları”

Məşhur alman yazıçısı Lion Feyxtvangerin «Lautenzak qardaşları» romanındakı hadisələr 1931-1933-cü illərdə, Almaniyada faşizmin hakimiyyətə gəldiyi vaxtda Münhendə və Berlində cərəyan edir.

Roman faşizmin mahiyyətini ustalıqla açıb göstərir, həmin dövrdə Almaniyada hökm sürən ictimai-siyasi, psixoloji ab-havanı realist boyalarla təsvir edir.

Kitaba Lion Feyxtvangerin “Neyrofizioloq doktor Bl-ın taleyi”, “Sədaqət”, “Yalançı Bibi”, “Mərc”, “Xidmətçi Antonio”, “Volştayn” adlı hekayələri də daxil edilib.

Tərcümə : Vilayət Hacıyev

Ç.Aytmatov “Gün var əsrə bərabər”

Romanın baş qəhrəmanı Yedigey vicdanlı, yorulmaq bilməyən zəhmətkeş, öz yüksək mənəvi borcuna sadiq bir insandır.

Müəllif qəhrəmanın taleyini müasir dövrün bir sıra problemləri və bütün bəşəriyyətin sabahkı günü ilə müqayisə edib, dünyada əmin-amanlığın, xeyirxahlığın və humanizmin təntənəsini ən böyük qələbə kimi səciyyələndirir.

Tərcümə: İshaq İbrahimov

Günün bütün mövzuları

XS
SM
MD
LG