Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:47

Magistraturda təhsil haqları kəskin artıb


Arxiv fotosu
Arxiv fotosu

.

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) magistraturada ötən il 1200 manat olan kompüter elmləri üzrə illik təhsil haqqı bu il 2 min manata qalxıb. Artım təkcə ADNA-da yox, digər universitetlərdə də müşahidə olunur.

Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin istehlak mallarının ekspertizası və marketinqi faküləsində ötən il 1500 manat olan illik təhsil haqqı yeni tədris ili üçün 1700 manat müəyyənləşdirilib.

Diqqətçəkən məqamlardan biri budur ki, dövlət və özəl ali təhsil müəssisələrində illik təshil haqqı müxtəlif ixtisaslarda az qala eynidir.

İLİ 3 MİN MANAT OLAN İXTİSASLAR…

Magistr imtahanlarına qatılıb, hətta yüksək bal toplayanlardan bəziləri oxumaqdan imtina etməli olub. Onlardan biri AzadlıqRadiosunun +420 778 711 700 saylı telefona what’s app.dan yazır:

“Mən magistr imtahanlarının I və II mərhələlərindən keçdim. Amma illik təhsil haqqı 2500-3000 manat idi. Ona görə də ixtisas seçə bilmədim”.

Xəzər Universitetinin iqtisadiyyat və menecment fakültəsinin məzunu Nərmin İbrahimbəyili magistraturaya qəbul imtahanlarından 81 bal toplayıb. Maliyyə ixtisası üzrə təhsilini magistratura pilləsində davam etdirməyi planlaşdırır:

“Düzü, təhsil haqlarının bu qədər yüksək olacağını bilmirdim. Amma təhsil almaq önəmlidir. Mən özüm işləyirəm. Ona görə bankdan kredit götürüb ildə 3 min manat təhsil haqqını ödəmək hesabına olsa da oxuyacam. Düzdür, çətin olacaq. Amma başqa əlacımız yoxdur”.

Gözlə

No media source currently available

0:00 0:00:44 0:00
Direct-ə keçid

“ƏKSƏR İXTİSASLAR ÖDƏNİŞLİDİR…”

2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtanlarının I mərhələsi fevralda, II mərhələ apreldə keçirilib.

İlk mərhələdə abituriyentlərə iki əsas fənn və məntiqdən ümumilikdə 100 sual təqdim olunub. Minimum 40 bal toplayanlar II mərhələyə keçib. II mərhələdən ixtisas üzrə 50 sualdan 20 baldan çox toplayanlar müsabiqəyə buraxılıb. İndi imtahanlardan keçənlərin ixtisas seçimi aparılır.

Nərmin deyir ki, hələ də ixtisas seçimini edə bilməyib. Əvvəlla ona görə ki, illik təshil haqları bahadı, ikincisi də ona görə ki, bütün ixtisaslar ödənişlidir. Bir dənə də olsun ödənişsiz əsaslarla ixtisas seçmək imkanı yoxdur:

“Fərqi yoxdur istər dövlət, istər özəl – bütün ali məktəblərdə ixtisaslar ödənişlidir. Mən də ailəmin imkanlarını nəzərə alıb ixtisas seçmək istəyirəm. Bir yandan da fikirləşirəm ildə bu qədər təshil haqqı verəcəyimə görə yaxşı təhsil verə bilən ali məktəbi seçim”.

Özəl ali məktəblər bir biznes sahəsi kimi təhsil haqlarının məbləğini də özləri müəyyən edirlər. Amma maraqlıdır ki, dövlətin nəzarətində olan ali məktəblərdə təhsilin makalavr pilləsi üçün məbləğlər daha çox artır.

“BU DÖVLƏTİN ÖZ VƏTƏNDAŞININ CİBİNƏ GİRMƏSİDİR”

Nərmin bu ilki magistr imtahanlarına qatılan 10 min 170 bakalavrdan biridir.

TQDK bildirir ki, onlar yalnız ayrılmış plan yerləri üzrə qəbul imtahanlarını həyata keçirilər. Plan yerləri kimi təhsil haqlarını da ali məktəblərin özləri müəyyənləşdirir.

TQDK-ın sabiq sədri Vurğun Əyyubun fikrincə, dövlət universitetlərində magistr təhsilinin ödənişli olması, üstəlik bir ildə 200-800 manatlıq artımın heç bir izahı ola bilməz:

“Bunun bir izahı var ki, bu dövlətin dolayısı ilə öz vətəndaşının cibinə girməsidir. Hökumətin təhsil siyasətinin meyarları, kreteriyaları ictimaiyyətə açıqlanmalıdır. Bildirilməlidir ki, nəyə görə dövlət ali təhsil müəssisələrində əksər ixtisaslar ödənilişlidir?”

Gözlə

No media source currently available

0:00 0:01:40 0:00
Direct-ə keçid

297 NƏFƏR TƏHSİL HAQQINI ÖDƏYƏ BİLMƏYİB…

2014-2015-ci tədris ilində 12 magistr təhsil haqqını ödəyə bilmədiyindən akademik məzuniyyət götürməli olub. Bu TQDK-nın 2014-2015-ci tədris ili ilə bağlı elmi məlumatlarında göstərilib. Bildirilir ki, həmin tədris ilində ümumilikdə təhsil haqqını 297 nəfər ödəyə bilməyib. Onlardan 238 bakalvr, 47 nəfəri tam və orta ixtisas məktəblərinin tələbələri olub.

Vurğun Əyyub qeyd edir ki, TQDK yalnız biliyin qiymətləndirilməsi ilə məşğul olsa da bu komissiyanın sədri Məleykə Abbaszadə həm də Prezident Administrasiyası yanında Təhsil Komissiyasının üzvüdür. O, həmin komissiyanın üzvü kimi təhsil haqlarının ali məktəblərdə niyə ildə-ilə qaldırılması sualını qaldırmalıdır.

Bu mövzuda ali məktəblərin təmsilçilərinin fikirlərini əldə etmək mümkün olmadı. Amma Bakı Dövlət Universitetinin rektorunun maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov keçən il AzadlıqRadiosuna bildirmişdi ki, 2010-cu ildə adambaşına təhsilin maliyyələşdirilməsinə keçiddən sonra, digər dövlət universitetləri kimi, BDU da hər tələbənin təhsilhaqqını müəyyənləşdirib. Hesablamalara görə humanitar ixtisaslarda bir tələbənin illik təhsili 2 min 700 manata, texniki ixtisaslarda 3 min 100 manata başa gəlir:

«Amma fizika, biologiya, kimya və digər texniki ixtisaslar üzrə təhsilhaqqı 1400 manatdır. Əslində, bir tələbə üçün universitetin çəkdiyi xərc illik təhsilhaqqından, azı, 2 dəfə çoxdur».

TƏHSİL HAQQI ARTIR, AMMA KEYFİYYƏT YOX…

21 ildir riyaziyyat fənnindən abituriyent və magistr hazırlayan Hökumə İbrahimli deyir ki, hər il nə qədər tələbəsi universitətə qəbul olur amma illik təhsil haqqını ödəyə bilmir deyə, oxuya bilmir:

“Hər il müəyyən qədər artım olur. Ən maraqlısı odur ki, artım tendensiyası daha çox dövlət ali təhsil müəssisələrində müşahidə olunur. Keçən il mənim hazırlaşdırdıqlarımdan qəbul olanlar oldu amma oxumadılar. Ya da təhsil haqlarını ödəyə bilmək üçün valideynlər banklardan kredit götürüb, bir təhər borc-xərclə də olsa uşaqlarını oxutdular”.

Gözlə

No media source currently available

0:00 0:01:34 0:00
Direct-ə keçid

Hökumə İbrahimli sonda diqqəti ona çəkir ki, hər il təhsil haqları artır, amma bu özünü təəssüflər olsun ki, təhsilin keyfiyyətində göstərmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG