Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:08

NATO hesab edir ki, separatçılar ukraynada yeni hücuma başlaya bilər


Jens Stoltenberg

Jens Stoltenberg

“Rusiya və moskvapərəst separatçılar uzun hərbi hazırlıqdan sonra Ukraynanın şərqində yeni hücuma başlamaq imkanı qazanıblar”

Bunu mayın 12-də Brüsseldə jurnalistlərə NATO-nun baş katibi Jens Stoltenberg deyib.

O qeyd edib ki, bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs rejiminə baxmayaraq, Ukraynanın şərqində vəziyyət səhv iqstiqamətə doğru gedir:

“Biz çoxlu itkilər, atəşkəs rejiminin pozulması halları, müşahidəçilərə maneələr və Rusiyanın separatçılara dəstəyinin davam etdiyini görürük. Bu səhv istiqamətə doğru gedən narahatedici tendensiyadır”.

NATO ölkələrinin xarici işlər nazirləri həftənin sonunda Antaliyada Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

Görüşdə ABŞ Dövlət katibi John Kerry də iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG