Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:39

Kerry Soçidə Putinlə görüşəcək


Vladimir Putin və John Kerry
Vladimir Putin və John Kerry

ABŞ Dövlət katibi John Kerry mayın 12-dəRusiya prezidentiVladimir Putin və xarici işlər naziri Sergei Lavrovla görüşəcək.

Görüşdə Ukrayna münaqişəsi, Suriya və Yəməndəki vəziyyət müzakirə olunacaq.

Bu barədə ABŞ Dövlət Departamenti və Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Dövlət Departamentinin sözçüsü Marie Harf bildirib ki, görüş Rusiyanın Soçi şəhərində keçiriləcək.

RİA Novostinin bundan əvvəl diplomatik mənbələrə istinadla verdiyi məlumata görə, Kremil ümid edir ki, Kerry Soçiyə Ukrayna münaqişəsinin həlliylə bağlı yeni təkliflə gələcək.

Agentlik bildirir ki, Moskva Kerrynin səfərindən sıçrayış gözləmir, amma səfəri həmişə çox vacib sayıb.

Məlumatlara görə, Lavrov görüşdə Ukraynaya hərbi dəstəyin yolverilməz olduğunu deyəcək.

Kerry NATO xarici işlər nazirlərinin görüşünə qatılmaq üçün Rusiyadan Türkiyəyə gedəcəy.

Almaniyanın kansleri Angela Merkel də mayın 10-da Moskvada Vladimir Putinlə Ukraynanın şərqindəçki münaqişəni müzakirə edib.

O separatçıların atəşkəsə əməl etməsi üçün Moskvanı nüvuzundan istifadə etməyə çağırıb.

Putin isə deyib ki, davamlı sülh yalnız Kiyev,Donetsk və Luqansk arasında birbaşa dialoq yolu ilə mümkündür.

Ukraynanın şərqində atəşkəsə baxmayaraq silahlı toqquşmalar vaxtaşırı davam edir.

Atəşkəs razılaşması bu ilin fevralında Minskdə, Almaniya və Fransanın vasitəçiliyi ilə əldə olunub.

Qərb və Kiyev, Rusiyanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst sepaaratçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG