Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:33

Liviya sahillərində Türkiyənin yük gəmisinə edilmiş hücum nəticəsində kapitan ölüb, bir neçə heyət üzvü isə yaralanıb.

Bu barədə Türkiyənin xarici işlər nazirliyi məlumat yayıb.

İspaniyadan Liviyanın Tobruk limanına gedən gəmiyə mayın 10-da hücum edilib.

Nazirliyin məlumatına görə, gəmi ilk olaraq sahildən artileriya atəşinə tutulub, sonra isə havadan vurulub və insident beynəlxalq sularda baş verib.

Adı çəkilməyən liviyalı deputat isə bildirib ki, gəmi icazısiz Liviya ərazisinə daxil olduğuna görə, silahlı qüvvələr atəş açmalı olublar.

Liviyanın xəbər agentlikləri isə adı çəkilməyən hərbi mnbəə istinadla xəbər verir ki, gəmi cihadçıların nəzarətində olan Derna limanına tərəf hərəkət etdiyinə görə vurulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG