Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:33

AXCP üzvü Elvin Abdullayev karserə salınıb


Kürdəxanıdakı 1 saylı təcridxanada saxlanılan AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayev karserə salınıb.

Bu barədə Turana onun anası Zülfiyyə Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, buna mayın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında Elnurun etiraz olaraq arxasını hakimə çevirməsi səbəb olub.

Hakimin xəbərdarlığına baxmayaraq, ö geri çönməyib və bu səbəbdən hazırlıq iclası mayın 14-nə keçirilib.

Elnur Abdullayev Azərbaycan Pedaqoji Universitetinin tələbəsidir.

Tələbələr arasında hakimiyyəti tənqid etdikdən sonra prorektor ona xəbərdarlıq edib.

2015-ci il yanvarın 8-də imtahan verdikdən sonra saxlanılıb və üzərindən 3 qr. heroin götürülüb, cinayət işi açılıb.

O, ittihamı rədd edir və həbsinin sifariş olduğunu deyir.

Anasının sözlərinə görə, o karserə mayın 7-də salınıb və mayın 15-də çıxacaq.

Vəkil Əli Mehdiyev də onun hansı səbəbdən karserə salındığını bilmir və bu barədə anası ona məlumat verib.

Vəkil deyir ki, onun məhkəmədəki hərəkətləri karsera salınmasına səbəb ola bilməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG