Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:02

Avropa Oyunları zamanı Bakı sərnişin vağzalı və “Koroğlu” metro stansiyası arasında elektrik qatarı işləyəcək.

Bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov deyib.

Metro və xüsusi avtobus xətləri ilə yanaşı sərnişinləri daşımaq üçün, Olimpiya stadionu, “Atletlər kəndi” və Milli Gimnastika Arenası arasında elektrik qatarları da hərəkət edəcək.

Cavid Qurbanov bildirib ki, Böyük Bakı regional inkişaf layihəsi çərçivəsində Ələt qəsəbəsindən Sumqayıtadək şəhərətrafı qəsəbələrə də qatarların hərəkətinin bərpası nəzərdə tutulur.

Belə ki, iyunda Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun yenidən qurulmasının başa çatdırılması planlaşdırılır və bunun sayəsində 40 dəqiqəyə Bakıdan Sumqayıta getmək mümkün olacaq.

Xəttə İsveçrədən alınmış kondisioner, WiFi-İnternetlə təchiz olunmuş qatarlar buraxılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG