Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:22

Tanıdığımız Britaniyanın sonu


İngiltərə, Britaniya və Şotlandiya bayraqları.

İngiltərə, Britaniya və Şotlandiya bayraqları.

-

«The Washington Post» qəzetində Anne Applebaum yazır ki, Britaniyada ötən həftə keçirilən seçki baş nazir David Cameron-un karyerasını xilas edən səsvermə kimi yadda qalacaq. İki ay öncə o, özünün siyasətdən gedişini nəzərdən keçirirdi. Bu seçki həmçinin Leyboristlər Partiyasının lideri Ed Miliband-ın karyerasına son verdi, o da ötən həftə seçki vədlərini yekə hərflərlə hədəf kimi həkk edirdi.

«Bu seçki həm də tanıdığımız Böyük Britaniyanın sonunun başlanğıcı oldu», - müəllif yazır.

«Dörd millətin – Uels, İngiltərə, Şimali İrlandiya və Şotlandiyanın birliyinin sabitliyinə uzun müddət təhdid yaranmayıb. Şotlandiyanın açıq-aşkar ayrılmasına çağıran Şotlandiya Milli Partiyası 59 yerdən 56-nı qazanıb, Leyboristlər və Liberal Demokratları sıxışdırıb. Bəzi yerlərdə isə səslərin 30-40 faizini toplayıb. Əsas odur ki, indi Londonda heç də hamının bu xəbərdən dilxor görünmədiyi aydındır. «Heç vaxt özümü britaniyalı hiss etmədim ki», - bir dostum seçki gecəsi mənə deyirdi. «Özümü ingilis hiss elədim»».

Bu seçki həm də başqa anlamda Böyük Britaniyanın sonunun başlanğıcı ola bilər. 2013-cü ildə Cameron vəd edib ki, yenidən seçilsə, Britaniyanın Avropa Birliyinə üzvlüyünə dair referendum keçirəcək. O, qarışıq şəkildə vəd edirdi ki, üzvlük barədə yenidən danışıqlar aparacaq. Bu gün də həmin vədi heç kəs anlamır, çünki Cameron onu heç vaxt izah etməyib. Müəllif yazır ki, hazırda Avropa liderləri Yunanıstanla kompleks maliyyə danışıqları aparırlar, Britaniya ilə uzun və ağrılı danışığa başlamağa elə də həvəsli deyillər.

«Ancaq Avropanın qalan hissəsinin nə istəməsindən asılı olmayaraq, bu məsələ Britaniya xarici siyasətinin mərkəzində durur. Praktik olaraq, Britaniya diplomatları növbəti bir neçə ildə Rusiya və ya Liviya barədə narahatlıq keçirmək istəmirlər, çünki AB müqavilələrinə diqqət ayıracaqlar. AB sammitlərində Britaniya ölkənin Avropada rolundan danışmaq istəyəcək, nəinki Avropanın dünyadakı rolundan… Elə yaddaqalan da odur ki, Cameron istənilən baş nazirdən daha az xarici siyasətə maraq göstərib», - müəllif yazır.

Vladimir Putin Moskvada Qələbə paradında çıxış edir – 9 may 2015.

Vladimir Putin Moskvada Qələbə paradında çıxış edir – 9 may 2015.

NƏNƏMİN DEYİL, PUTIN-İN QƏLƏBƏ GÜNÜ

newyorker.com-da Masha Gessen nənəsi ötən ay Moskvada can verərkən onun dayəsindən aldığı mesajı yada salır. «İndi təcili yardım daha tez gəlir, həkimlərə göstəriş verilib ki, veteranların Qələbə gününədək yaşaması üçün onlara xüsusi diqqət ayırsınlar».

«O, çox inanırdı ki, Kremlin veteranları ayaq üstə saxlamaq arzusu var və mən Nyu-Yorkdan Moskvaya uçmaya bilərəm. Dayəyə elə gəlirdi ki, ölümsüz Putin nənəmi sağ-salamat saxlayacaq».

Müəllifin nənəsi 2-ci Dünya müharibəsində qələbənin 70-ci ildönümü mərasimindən bir ay öncə dünyasını dəyişib.

«Hələ müharibə bitəndən 20 il sonra veteranların sayına ciddi ziyan dəyib, say dəyişməyə başlayıb. Hökumətsə bu sıranı genişləndirməyə çalışırdı, döyüşdə olmayanlara, kəşfiyyatda işləyənlərə da bu status verilməyə başladı, daha sonra arxa cəbhədə çalışanlara aid olundu. Əslində, nənəm də veteranlığı həmin yolla alıb. Hamilə olduğundan könüllü kimi orduya gedə bilməyib, 22 yaşlı əri isə gedib və müharibədə öldürülüb».

«Putin-in Rusiyanı idarə etdiyi 15 il ərzində Böyük Vətən Müharibəsinin hekayətinə də neyi mənalar, simvollar əlavə olunub. Stalin-in adı tədricən buraya salınıb, Rusiyanın küçələrinə çıxarılıb. Yeni simvol- narıncı-qara rəngdə Müqəddəs Georgi lenti təqdim olunub. Vaxtilə bu lent ölkənin ali medallarına əlavə olunurdu, indi isə insanlar onu 9 mayqabağı maşınlarına da taxırlar… Son bir-iki ildə bu lent bir vətənpərvərlik nişanəsinə çevrilib. Ötən il «Pusy Riot» etirazçılarına hücum edənlər də həmin lenti taxmışdılar. Bu il Moskva məktəblilərindən tələb olundu ki, Qələbə günündən öncə məktəbə həmin lenti taxsınlar», - müəllif yazır.

Tehranda hərbi parad – 22 sentyabr 2013

Tehranda hərbi parad – 22 sentyabr 2013

İRAN NÜVƏ SAZİŞİNDƏN SONRA

«The New York Times» qəzeti redaksiya məqaləsində yazır ki, prezident Obama-nın bu həftə ərəb liderləri ilə görüşü skeptik Körfəz ölkələrini İranla mümkün nüvə sazişinin regional sabitliyə təhlükə deyil, bir imkan olmasına inandırmağa bir şansdır.

Məqalədə deyilir ki, Körfəz liderlərini dilxor edən nüvə sazişinin başqa bir məqamı – iqtisadi sanksiyaların qaldırılması və dondurulmuş milyardlarla dolların buraxılması, yeni xarici investisiyanın cəlbidir: «Körfəz ölkələri qorxurlar ki, bu, İranın regionda nüfuzunu gücləndirə və «Hizbullah» kimi silahlı qrupların dəstəklənməsi üçün əlavə resurslara yol aça bilər».

«Onlar həmçinin narahatdırlar ki, İranla 30 illik düşmənçiliyə son qoymağa can atan Birləşmiş Ştatlara daha regional təhlükəsizliyə görə bel bağlamaq olmaz. Bu məsələdə cənab Obama-nın cavabı daha mürəkkəbdir. O, daha aydın təhlükəsizlik təminatı verə bilər, ancaq ərəb liderlərinin bir müddətdir təkid etdiyi, NATO kimi bir formal pakt yaratmaq ideyasını rədd etməlidir. Birləşmiş Ştatlar Yaxın Şərq münaqişələrinə cəlb olunmamalıdır», - yazıda deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG