Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:05

Davutoglu Süleyman şahın Suriyadakı məqbərəsini ziyarət edib


Ahmet Davutoglu

Ahmet Davutoglu

Türkiyənin baş naziri Ahmet Davutoglu mayın 10-da Suriyaya keçərək Osmanlı imperiyasının banisi Süleyman şahın məqbərəsini ziyarət edib.

Suriya dərhal bu addımı ittiham edib və bunu təcavüz aktı adlandırıb.

Suriyanın rəsmi SANA agentliyi hökumətlə razılaşdırılmamış bu səfərin BMT-nin üzvü olan ölkənin suverenliyi və beynəlxalq qanuna qarşı açıq təcavüz adlandırıb.

Türkiyə ordusu bu milin fevralında hərbi əməliyyatlara görə, Süleyman şahın cənazəsi və məqbərəsini qoruyan türk əsgərlərini Suriya daxilində daha təhlükəsiz yerə köçürdü.

Bu addım da həmin vaxt rəsmi Dəməşqin etirazı ilə qarşılandı.

Məqbərə hazırda Türkiyə sərhəddinin düz 200 metrliyindəkiki Eşme qəsəbəsində yerləşir.

Türkiyə Suriya hökumətinə qarşı qiyamı dəstəkləyir, Öz növbəsində rəsmi Dəməşq Ankaranı terrorçuları dəstəkləməkdə günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG