Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:39

Fransa prezidenti Francois Hollande mayın 11-də Kubaya rəsmi səfərə gedib.Onun Kuba prezidenti Raul Castro ilə görüşü nəzərdə tutulub.

Hollande bir əsirdən də çoxdur ki, Kubaya səfər edən ilk Fransa lideridir.

Son vaxtlar ABŞ-Kuba münasibətlərinin istiləşdiyi müşahidə olunur.

Raul Castro mayın 10-da Vatikanda Roma papası Francislə görüşüb və bu münasibətlərin yaxşılaşmasında roluna görə, ona təşəkkürünü bildirib.

Castro deyib ki, Papa onu o qədər heyran edib ki, yenidən kilsəyə gedib ibadət etməyə başlaya bilər.

Castro bildirib ki, Kuba Kommunist Partiyası dindarları öz sıralarına qəbul etmir, ammaindi buna icazə verilməsinə başlanıb və bu çox mühüm addımdır.

Castro bundan əvvəl Moskvada keçirilən hərbi paradda da iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG