Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:44

Hüquq müdafiəçiləri polis şöbələrində monitorinq aparıblar


Foto illüstrasiya
Foto illüstrasiya

-

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Rövşən Məmmədov Salyan və Biləsuvar rayon polis şöbələrinin müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.

Məlumatı apa yayıb.

Elçin Behbudov bildirib ki, Salyan rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yeri təmir olunub:

«Hər iki rayonda saxlanılanların əksəriyyəti oğurluqda və narkotik dövriyyəsində şübhəli bilinən şəxslərdir. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Xırda nöqsanları nəzərə almasaq, ciddi qanun pozuntusu aşkar olunmadı».

E. Behbudov mayın 11-də Müdafiə Nazirliyinin Salyanda yerləşən intizam xarakterli hərbi hissəsində də monitorinq keçirəcəklərini deyib.

XS
SM
MD
LG