Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:34

Avtobusların hərəkət istiqaməti dəyişdirilir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Mayın 11-də Bakıda daha bir neçə sərnişin avtobusunun hərəkət istiqamətlərində dəyişikliklər olub. Bu barədə sərnişinlərə əvvəlcədən məlumat verilməyib.

Məlumatı virtualaz.org yayıb. Bildirilir ki, Hövsandan şəhər istiqamətinə gedən yeganə marşrutun - 175 saylı avtobusun son dayanacaq məntəqəsi dəyişdirilib. Əvvəllər 28 May-Hövsan istiqamətində hərəkət edən avtobusun son dayanacağı metronun «Xətai» stansiyasının qarşısı olacaq. Son iki gündə isə avtobus Hövsan-«Həzi Aslanov» metrosuna qədər işləyib.

28 May-Əhmədli istiqamətində hərəkət edən 46 saylı avtobusun da marşrutunda dəyişiklik olub. Səhər saatlarında əvvəlki marşrut üzrə işləyən sürücülərə avtobusların metronun «Xətai» stansiyasına buraxılmayacağı ilə bağlı xəbərdarlıq edilib.

32 saylı sərnişin avtobusunun son dayanacağı isə metronun «28 May» stansiyasının qarşısından «Xətai»yə köçürülüb.

Mayın 4-də 70, 124 saylı avtobusların hərəkət istiqaməti dəyişdirilib, 14 nömrəli marşrut 24 saylı xətt avtobusu ilə əvəz olunub. 1, 20, 188, 53, 90, 83 saylı avtobuslar isə ləğv edilib.

86 saylı avtobus 29 saylı marşrutla əvəz olunub. 124 saylı avtobusun marşrutu «20-ci sahə»yədək uzadılıb. 193 saylı marşrut şəhərin mərkəzindən çıxarılıb. 70 saylı avtobusun istiqaməti dəyişdirilib. 95 və 2 saylı marşrut xəttinin hərəkət istiqaməti «Xətai» metrosuna qədər qısaldılıb.

XS
SM
MD
LG