Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:24

Mayın 11-də Rusiyada həbsdə olan keçmiş ukraynalı pilot Nadia Savchenkonun 34 yaşı tamam olur.

Vətəndaş cəmiyyəti fəalları dünyanın müxtəlif ölkələrində ona dəstək aksiyaları keçirir.

Savchenko 329 gündür ki, Rusiyada istintaq təcridxanasında saxlanır.

Ukraynalı fəallar Kiyevdə Savchenko və digər siyasi məhbusların azadlığa buraxılması tələbi ilə aksiya keçirməyi planlaşdırırlar.

Bu barədə təşkilatçılar Facebook-da yazırlar.

Həmçinin Savchenkonun vəkili Mark Feigin ümid edir ki, Moskvada da ona dəstək aksiyası keçiriləcək.

Savchenko Ukraynanın şərqində 2 rusiyalı jurnalistin ölümündə əli olmaqda və sərhəddi qanunsuz keçməkdə ittiham olunur.

O ittihamları rədd edir və rusiyapərəst separatçılar tərəfindən oğurlanaraq Moskvaya təhvil verildiyini deyir.

Qərb və Ukrayna hakimiyyəti dəfələrlə onu azad etməyə çağırıblar.

Məhkəmə ötən həftə onun həbs müddətini iyunun 30-dək uzadıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG