Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:02

Nikolai Patrushev niyə gəlir?


Nikolai Patrushev
Nikolai Patrushev

-

«Yeni Müsavat» qəzeti Rusiya Təhlükəsizlik Şurasının katibi, ordu generalı Nikolai Patrushev-in Bakıya səfərindən yazır.

Qəzet sual edir ki, Patrushev hansı missiya ilə gəlir? Onun Bakıya səfərinin Riqada mayın 21-22-də keçiriləcək, Azərbaycan prezidentinin də dəvət aldığı Avropa İttifaqı «Şərq Tərəfdaşlığı» sammiti və Bakı Avropa Oyunları ərəfəsində baş verməsi təsadüfdürmü? Yaxud Patrushev-in missiyasının Azərbaycanın Avrasiya İttifaqına daxil olması perspektivlərinə dəxili varmı?

Rusiyanın Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin vitse-prezidenti Grigori Trofimchuk deyir ki, Azərbaycan özünün əsl suveren mövqeyi üzündən Qərbdən getdikcə daha intensiv təzyiqlərə məruz qalır. Bakının ünvanına vaxtaşırı olaraq müxtəlif xəbərdarlıqlar çatdırılır.

Ekspert kavpolit.com-a açıqlamasında bildirir ki, bu baxımdan Patrushev-in səfəri zamanı əsas müzakirə predmetlərindən biri Avropa Oyunlarının keçirilməsidir. Çünki bu oyunların təhlükəsizliyi çox mühüm prioritetdir.

«Heç bir şübhə yoxdur ki, regionda və dünyada Azərbaycanın təşkilati baxımdan sadə olmayan bu yarışlarda möhkəmliyini sınağa çəkməyi arzu edən qüvvələr var. Rusiya tərəfinin bu cür səviyyədə yarışlar keçirməkdə və təhlükəsizliyini təmin etməkdə böyük təcrübəsi var. Bu təcrübəni indi azərbaycanlı həmkarlarla bölüşmək mühümdür» - deyə ekspert bildirir.

G.Trofimchuk düşünür ki, səfər zamanı hərbi-texniki əməkdaşlıq məsələləri də müzakirə olunacaq. Onun fikrincə, səfər zamanı dönüş yaradan hansısa qərarlar, xüsusən də mətbuat üçün, gözləmək lazım deyil. Ancaq Nikolai Patrushev-in Bakıya səfəri faktının özü hər şeyi deyir.

İlham Əliyev
İlham Əliyev

«Ümumi geosiyasi vəziyyət Azərbaycan üçün də, Rusiya üçün də pisləşir. Bu, düşünülmüş birgə reaksiyalar, istənilən vaxt baş verə biləcək mümkün insidentlərə qarşı preventiv hazırlıqlar lazımdır» - rusiyalı ekspert vurğulayıb.

«HAKİMİYYƏT ÇIXILMAZ VƏZİYYƏTDƏ»

«Azadlıq» qəzeti yazır ki, Əliyevin Qərblə Rusiya arasında manevr imkanları tükənir:

«Azərbaycan hakimiyyəti üçün çətin günlər başlayır. Mayın 21-22-də Riqada Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» Proqramının üzvü olan ölkələrin sammiti keçiriləcək. Bu sammitdə Azərbaycanın assosiativ sazişi imzalaması prioritetdir».

Qəzet yazır ki, rəsmi Bakı hətta sammitdə iştiraka həvəsli görünmür:

«Bunun bir səbəbi avtoritar üsul idarəni davam etdirmək, Avropa İttifaqının demokratiya tələblərini yerinə yetirməmək istəyidirsə, digər səbəb Rusiyanın Riqa sammitinə aqressiv münasibətidir. Kreml bu sammiti «anti-Rusiya tədbiri» kimi qiymətləndirir. Rusiyanın qəzəbi Azərbaycan hakimiyyətini də ehtiyatlı davranış sərgiləməyə məcbur edir».

Foto illüstrasiya
Foto illüstrasiya

«İSLAHATLAR APARILMALI, RƏQABƏT MÜHİTİ YARADILMALIDIR»

ANS yazır ki, Azərbaycanda son on ildə 1 milyon 360 min, yalnız bu ilin ilk rübündə 30 minə yaxın yeni iş yerinin açılması əmək bazarında sabitliyə səbəb olub. Eyni zamanda son on ildə ölkədə minimum əməkhaqqı 11.6 dəfə, bir nəfərə düşən orta aylıq əməkhaqqı 5.5 dəfə artıb. Bu dövrdə orta aylıq əmək pensiyası 9.4 dəfə artmaqla, yoxsulluq həddini 1.7 dəfə üstələyib. Müsbət proseslərin nəticəsi kimi, respublikada yoxsulluğun 5 faizə, yəni ümumdünya yoxsulluq səviyyəsindən 3 dəfə aşağı düşüb.

Ekspertlər ANS-ə Azərbaycanda bu sahədə görülən işləri təqdir etsələr də, gələcəkdə yoxsulluğun və işsizliyin azalması kimi müsbət təmayüllərin yerində saymaq riski olacağını düşünürlər. Risklərin əksəriyyəti iqtisadiyyatın daxili quruluşu ilə bağlıdır. Eyni vaxtda demoqrafik problem var. Əmək bazarına daxil olan gənclərin sayı sürətlə artır. Hazırda neft gəlirlərinin azalması da riskləri gücləndirir.

Onların dediyinə görə, hökumət islahatlar sayəsində özəl sektorda məşğulluğu, işgüzarlığı, rəqabəti artırmalıdır. İndi iş yeri yaratmaq heç də asan deyil, iqtisadiyyatın sektoral tərkibi iş yeri yaratmağa əngəl yarada bilər. Ona görə də, Azərbaycanda özəl sektorda iş yerlərinin sayını artıran institusional islahatlar lazımdır. Rəqabət mühitinin yaradılması daha vacibdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG