Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:37

Polşada prezident seçkisinin ikinci raundu olacaq


Bronislaw Komorowski (sağda) Ukrayna prezidenti Petro Poroshenko ilə

Bronislaw Komorowski (sağda) Ukrayna prezidenti Petro Poroshenko ilə

-

Polşada ekzit-poll nəticələri göstərir ki, millətçi müxalifət namizədi olan Andrzej Duda prezident seçkisinin birinci raundunda səslərin əksəriyyətini qazanıb, ancaq qələbə üçün 50 faizlik baryeri aşa bilməyib. Duda mayın 24-də keçiriləcək ikinci raundda hazırkı prezident Bronislaw Komorowski ilə mübarizə aparacaq.

Ekzit- poll göstərir ki, Duda səslərin 34.5, Komorowski 33.1-ni toplayıb. Rəsmi nəticələr hələlik açıqlanmayıb.

Ancaq rəy sorğuları Komorowski-nin irəli çıxacağını göstərirdi. O, seçki kampaniyası dövründə milli təhlükəsizliyi önə çəkirdi. Polşalılar indi hər şeydən çox Kremlin ölkəyə mümkün hərbi müdaxiləsindən narahatdır.

Polşada əksər səlahiyyət baş nazirə məxsusdur, prezident isə silahlı qüvvələrin rəhbəridir, xarici siyasətdə söz sahibidir, qanunvericiliyə veto hüququ var.

Günün bütün mövzuları

XS
SM
MD
LG