Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:00

İraqda bomba partlayışlarında azı 17 nəfər öldürülüb


İraqda bomba qoyulmuş maşın partladılandan sonra, arxiv fotosu

İraqda bomba qoyulmuş maşın partladılandan sonra, arxiv fotosu

-

Mayın 10-da İraqda müxtəlif hücumlarda azı 17 nəfər həlak olub. Ən ağır hücum Tarmiyah şəhərində baş verib, bomba qoyulmuş maşın nəzarət məntəqəsinə çırpılıb, 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Başqa bir maşın isə Tajidə bazarda partladılıb, 3 dinc sakin ölüb, 8 nəfər yaralanıb. Tarmiyah və Taji Bağdaddan 50 və 20 kilometr şimalda yerləşir.

Bağdadda iki ayrı-ayrı partlayışlarda isə 3 dinc sakin həlak olub.

Qərbi Ənbər vilayətində İslam Dövləti (İD) yaraqlıları ilə təhlükəsizlik qüvvələri arasında döyüşlər də davam edib. Ötən ay İraq qüvvələri bu regionu ekstremist qruplaşmadan almaq üçün böyük hücuma başlayıb.

İD-nin əlində olan Fəllücədə isə atışmalarda 3 yerli sakin həlak olub, 11 nəfər yaralanıb.

Garma və Ramadi yaxınlığında hərbi əməliyyatlarda azı 45 İD yaraqlısı öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG