Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:44

-

Fransa prezidenti Francois Hollande mayın 11-də Kubaya çatıb. O, kubalı həmkarı Raul Castro ilə danışıqlar aparacaq.

Hollande bir əsrdən çox müddətdən sonra Kubaya səfər edən ilk Fransa lideri, eləcə də dekabrda Vaşinqtonla Havana arasında yaxınlaşma elan ediləndən sonra bu ölkəyə gedən ilk Qərb ölkəsi rəhbəridir.

Hollande deyib ki, məqsədi “Fransanın ilk Avropa və Qərb dövləti olaraq kubalılara deməsidir ki, açılmaya doğru gərəkən addımları atmağa qərar versələr, onların tərəfində olacağıq”.

Mayın 10-da Castro Vatikanda Papa Francis-lə görüşüb, Kubanın ABŞ-la münasibətlərinin bərpası üçün göstərdiyi səylərə görə onu alqışlayıb.

Castro-nun sözlərinə görə, Papa Francis onda elə bir təəssürat yaradıb ki, doğulduğu Roman Katolik inancına dönə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG