Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:14

Makedoniya 8 polisin yasını saxlayır


Makedoniya Təhlükəsizlik Şurasının iclası

Makedoniya Təhlükəsizlik Şurasının iclası

-

Mayın 11-də Makedoniyada həftəsonu silahlıllarla atışmada öldürülmüş 8 polisə görə milli matəmin ikinci günüdür. Hadisə ölkənin şimalındakı Kumanovi şəhərində baş verib.

Bayraqlar yarıyadək endirilib, idman və siyasi tədbirlər təxirə salınıb. Prezident George Ivanov deyib ki, atışmada 14 şübhəli silahlı öldürülüb.

Prezidentin sözlərinə görə, polis “ölkənin müxtəlif yerlərində sabitsizlik, qarışıqlıq və qorxu yaradaca terror hücumlarınmnqarşısını alıb”. Hadisə Kosovo və Serbiya ilə sərhəd yaxınlığında baş verib. Prezident deyib ki, “silahlılar yaxşı hərbi təlim görmüş ekstremistlər və cinayətkarlar olub”.

Baş nazir Nikola Gruevski silahlı qrupunun beş liderinin adını çəkib, hamısı Kosovo vətəndaşlarıdır. Gruevski-nin sözlərinə görə, silahlıları Balkanlar və Yaxın Şərqdə təlim keçiblər, ancaq Makedoniyanın etnik alban azlığı onları dəstəkləməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG