Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:46

-

Bakıda sahibsiz itlərin insanlara hücumundan çox danışılıb. İndiyədək həmin heyvanların zərərsizləşdirilməsi, onların xüsusi saxlama məntəqələrində toplanması istiqamətində addımlar atılsa da, hələ də paytaxt ərazisində sahibsiz itlərə rast gəlinir. Xüsusilə də Bakının ucqar ərazilərində küçə və məhəllələri dolaşan sahibsiz itlərin sayı daha çoxdur.

"AXŞAM SAATLARINDA QƏSƏBƏDƏ SÜRÜYLƏ GƏZİRLƏR"

Qaraçuxur qəsəbəsindəki Şərq yaşayış massivinin sakinləri "Qaynar xətt"ə şikayətləniblər ki, burada sahibsiz itlər sürü halındadır. Təkcə “Daş və qum bazarı” adlanan ərazidə azı yüz sahibsiz it var. Bu sahibsiz heyvanlar xüsusilə də axşam saatlarında sürü halında həyətlərə doluşur, yolqırağı ərazilərdə insanlara soxulur. Yaşayış massiviniun sakini Ədalət Hüseynov:

"Qəsəbədəki zibil qutuları ətrafını özlərinə məskən seçən sahibsiz itlər hətta məişət tullantılarını zibilxanaya atanlara da hücum edir. Bu səbəbdən insanlar məişət tullantılarını qorxa-qorxa zibil qutularına atırlar. İtlər əsasən səhər və axşam saatlarında, yəni insanların işə gedib-gəldiyi vaxtlarda məhəllələrə, yollara axışır ki, bu da sakinlər üçün ciddi problem yaradır".

Sakinlər deyirlər ki, nəzarətin olmaması səbəbindən sahibsiz itlər gözlənilmədən insanlara hücum edir. Buna görə də qadın və uşaqlar küçəyə, mağazaya və ya məktəbə qorxa-qorxa gedib-gəlirlər. Çünki itlər bir qayda olaraq adamlar tək olanda onlara qəfildən hücum edirlər.

İCRA HAKİMİYYƏTİ: "GÖRÜNÜR, YENƏ ARTIBLAR"

Başqa sakin Arif Dadaşlı:

“Gözləyirlər ki, it kimisə parçalasın, yaxud da hər hansı yolxucu xəstəliklər yayılsın, sonra əl-ayağa düşsünlər?.. Aidiyyəti qurumlar niyə sahibsiz itlərlə bağlı bir tədbir görmür? Nə Gigiyena və Epidemiologiya Mərkəzi, nə də rayon baytarlıq idarəsi vəziyyətə nəzarət etmir. Amma qəsəbədə bir heyvan kəsən kimi həmin qurumların işçiləri gəlib başımızın üstünü kəsirlər. Qəsəbədəki natəmizliklə, sahibsiz itlərin insanlara yaratdığı təhlükə ilə maraqlanan yoxdur”.

Suraxanı rayon İcra Hakimiyyətindəın "Qaynar xətt"ə bildiriblər ki, sakinlərdən quruma da dəfələrlə şikayətlər gəlib:

"Biz mavafiq təşkilatlara dəfələrlə məktub yollamışıq ki, sahibsiz itlərlə bağlı qanunda nəzərdə tutulmuş tədbirlər görülsün. Düzdür, vaxtaşırı belə tədbirlər görülür, ancaq görünür ki, sahibsiz heyvanlar yenə artıb. Xəbərdarlıq edərik, tədbir görülər".

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG