Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:37

Rayondakı "Köhnə bazar"da vergini kim qaldırıb?..


Arxiv fotosu
Arxiv fotosu

-

Göyçay rayonunda yaşayan 2-ci qrup Qarabağ müharibəsi əlili Elnur Nazim oğlu Rəhimli "Qaynar xətt"ə şikayət edib.

Onun sözlərinə görə, rayonun "köhnə bazar" kimi tanınan əsas bazarında vergi özbaşına qaldırıb.

Şikayətçi deyir, məqsəd alverçiləri bundan sonra rayondakı təzə bazarda işləməyə məcbur etməkdir:

"Mən Göyçay rayonunda köhnə bazarda kiçik köşkdə xırdavat alverı ılə məşğul olub gündəlik qazandığım qəpik-quruşla ailəmi birtəhər dolandırıram. Ancaq bunu da bizə çox görürlər. Niyyət də budur ki, köhnə bazarı bağlatdırıb, ticarətçilərı Cəyirli yolunun kənarında açdıqları bazara cəlb etsinlər. Təzə bazarı da keçmiş icra hakimiyyətinin başçısı tikdirib. Vergi işçiləri köhnə bazarda satıcılara bildiriblər ki, guya prezident yeni fərman imzalayıb və bundan sonra ayda 10 manat yox, 30 manat vergi ödəyəməliyik. Əks təqdirdə bazardan çıxarılacağıq".

"GÜNLƏRLƏ QAZANCIMIZ OLMUR"

Elnur Rəhimlinin sözlərinə görə, kiçik köşklər hər ay 10 manat vergiyə, hər gün 1 manat olmaqla ayda 30 manat bazarın rəhbərliyinə pul ödəyir.

"Rayonda 4 bazar var, çoxlu sayda da mağazalar. Buna görə də gündəlik alver zəif olur. Elə gün olur ki, ümumiyyətlə, alver olmur. Çox acınacaqlı vəziyyətdə olduğumuz vaxtda vergimizi çoxaldıblar.

Vergilər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, xırda ticarətçilər sadələşdirilmiş vergi ödəyiciləridilər və qazanclarından 4 faiz vergi ödəməlidilər. Prezidentin isə ümumiyyətlə, belə bir fərmanı yoxdur.

Göyşay rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayondakı kolxoz bazarı özəldir və qurumun qarışacağı yoxdur.

"Ticarətçilər məsələni bazar rəhbərliyi ilə çözsələr daha uyğundur", qurumdan bildiriblər.

XS
SM
MD
LG