Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:58

-

“Gül bayramı üçün xaricdən gətirilən güllərin hamısını biz Nardaranda yetişdirə bilərik. Nardaranın Sovet hakimiyyəti vaxtı mövcud olan gül təsərrüfatları indi dağılıb. Bizə hökumətin dəstəyi lazımdır”.

Bunu AzadlıqRadiosuna müsahibəsində Bakının Nardaran qəsəbəsinin Ağsaqqallar Şurasının sədri Kərbəlayi Natiq Kərimov deyir.

Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına görə, 2014-cü ildə Gül bayramına 6 milyon gül gətirilib.

Hər il mayın 10-da sabiq prezident Heydər Əliyevin doğum günündə Azərbaycanda Gül Bayramı keçirilir.

Natiq Kərimov deyir ki, Nardaranda gülçülük təsərrüfatlarının inkişafı üçün böyük potensial var.

“Başqa yerdən gül gətirmək yerli bazarı zərbə altına qoyur. Kənd təsərrüfatının inkişafını istəyirsə, bizə yardım etsin hökumət. Xaricdən gül almağa sərf etdiyi vəsaitlə bizə yardım etsin.

Bakıda Gül bayramı, 10 may 2015

Bakıda Gül bayramı, 10 may 2015

«Bakıya gül göndərən yerli və xarici gül firmalarının 80 faizi bu aksiyada pulsuz iştirak edir».

Bunu isə 2014-cü ildə APA-ya açıqlamasında Hacıbala Abutalıbov deyib.

Onun sözlərinə görə, həmin firma nümayəndələrinin yalnız otel və digər xərcləri ödənilir.

Müxalif ReAL hərəkatının icra katibi Natiq Cəfərlinin təxmini hesablamalarına görə, 2013-cü ildə Gül bayramına 30 milyon manata yaxın pul xərclənib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG