Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:21

Angela Merkel Moskvadadır, onun Putinlə görüşü gözlənilir


Merkel və Putin, 2013

Merkel və Putin, 2013

Moskvada səfərdə olan Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin Kremldə naməlum əsgərin məzari üstə əklil qoyublar. Daha sonra rəsmilər II dünya müharibəsində həlak olanları bir dəqiqəlik sükutla yad ediblər.

Merkel Moskvaya mayın 10-da səhər gəlib, səfər bir gün davam edəcək. Naməlum əsgərin məzarı üstündəki matəm mərasimindən sonra ikitərəfli görüşün olacağı gözlənilir. Görüşdə əsasən Rusiya ilə Avropa İttifaqı arasındakı münasibətlər, o cümlədən Minsk danışıqları müzakirə olunacaq.

Qələbə günü münasibətilə Moskvaya 20-dən çox ölkənin başçısı gəlib. Bu ölkələr əsasən MDB ölkələri, o cümlədən Asiya, Afrika və Latın Amerikası ölkələridir. Əksər dünya liderləri Ukraynanın şərqindəki münaqişədə Rusiyanın roluna görə tədbirə qatılmaqdan imtina ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG