Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:39

Londonda baş nazirin və hökumətin iqamətgahı Downing Street yaxınlığında əvvəlcədən elan edilməmiş anti-qənaət etiraz aksiyasının əsnasında baş verən zorakılıqlarda 17 nəfər həbs edilib.

Londonda baş nazirin və hökumətin iqamətgahı Downing Street yaxınlığında əvvəlcədən elan edilməmiş anti-qənaət etiraz aksiyasının əsnasında baş verən zorakılıqlarda 17 nəfər həbs edilib.

Bələdiyyə polisi bildirir ki, zorakılıq etirazçıların kiçik bir qrupu tərəfindən qızışdırılıb.

Mühafizəkarların seçki qələbəsinə qarşı etiraza çevrilən aksiyada həmçinin 4 polis nəfəri xəsarət alıb.

Etitazın gedişində Müharibə xatirə abidəsinin üstünə boya ilə təhqiramiz anti-mühafizəkar şüar yazılıb.

Britaniya hökuməti bu hərəkəti “bu ölkə üçün canlarını vermiş adamların xatirəsinə rüsvayçı hörtmətsizlik” adlandırıb.

Etirazçıların əllərində “İxtisarlara son!” və ya “Mən etiraz edirəm”” kimi plakatlar vardı.

Bir neçə yüz etirazçı polisin üstünə müxtəlif əşyalar, o cümlədən tüstü qumbaraları atıb.

Nümayişçilər arasında xəsarət barədə məlumat yoxdur.

Polis bildirir ki, müharibə abidəsinə qarşı “kriminal hörmətsizliklə” bağlı cinayət işi qaldırılıb.

Kardif şəhərində keçirilən 200 nəfərlik anti-Cameron aksiyasına məşhur opera müğənnisi Charlotte Church də qatılıbmış.

Təhlilçilər bildiririlər ki, Mühafizəkar Partiya sosial müavinətlərə ixtisarlar edəcəyini daim dilə gətirirdi, indi isə onların yeni hökumətinin bu ixtisarları tezliklə həyata keçirməyə başlayacağından narahatlıqlar var.

Bunu belə bir fakt da göstərir ki, etiraz aksiyasında iştirak edən çoxsaylı qruplaşmalar əhalinin “müavinətli” təbəqələrini təmsil edirdilər və polisin məlumatına görə zorakılıq hərəkətləri də bu qrupların nümayəndələri tərəfindən qızışdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG