Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:34

-

"Mətbuatda yazılan iddialar tamamilə əsassızıdır. Dövlət katibi, cənab Kerry və prezident İlham Əliyev zaman-zaman dəfələrlə müxtəlif formalarda təmasda olublar və əlaqələrimizin yaxşılaşması naminə görüşüblər".

Bunu Bakıdakı Gül bayramında iştirak edən ABŞ səfiri Robert Cekuta "Meydan TV"nin müxbirinin sualına cavab verərkən deyib.

Son dövrlərdə Qərb ölkələri, o cümlədən ABŞ rəsmilərinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı narahatlıq bildirməsindən sonra Azərbaycandakı rəsmi və hökumətyönlü mediada Amerika tənqid hədəfinə çevrilib. Xüsusən də belə yazılarda ABŞ-ın dövlət karibi John Kerry-nin adı Azərbaycana qarşı kampaniyalarla əlaqələndirilir. Hətta ABŞ-da insan haqlarının vəziyyəti tənqid edilir.

Səfir deyib ki, Amerika Azərbaycanı daim dəstəkləyib. "Əsrin müqaviləsi"nin imzalanmasında ona kömək edib. İndiyəcən Azərbaycana 1,3 milyard dəyərində yardım edib. Bəzən ikitərəfli münasibətlərdə anlaşılmazlıqlar olsa da, münasibətlər inkişaf etməkdə davam edib.

“Digər ölkələr də ABŞ-da insan haqları məsələsini tənqid və təhlil edir. Mən hesab edirəm ki, burada qəbahət yoxdur, bu cür tənqid və təhlillər bütün ölkələr arasında dialoqun bir hissəsidir".

Bunu Robert Sekuta APA-ya deyib.

Səfir qeyd edib ki, ABŞ və dünyanın digər ölkələri üçün insan haqları məsələsi önəmlidir.

O, Azərbaycanda keçiriləcək Avropa Oyunlarını dəstəklədiyini qeyd edib: “Öncə ABŞ insanlar arasında körpü qurmaq, onları bir araya gətirməkdə idmandan istifadə etmək fikrini dəstəkləyir. ABŞ Avropada yerləşmədiyi üçün bu oyunlarda iştirak etməyəcək. Amma biz bütün iştirakçılara və Azərbaycan idmançılarına uğurlar arzulayırıq”.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlara münasibət bildirən diplomat həmsədrlərin bu yaxınlarda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşdüklərini xatırladıb.

"Hər iki ölkənin xarici işlər nazirləri ilə görüşlərdə bu il ərzində iki ölkənin prezidentləri arasında görüşün təşkili məsələsi müzakirə olunub", - deyə diplomat bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG