Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:54

Makedoniyada toqquşma davam edir, daha bir polis əməkdaşı ölüb


Makedoniyanın şimalında Kumanova bölgəsində silahlı toqquşma mayın 10-da da davam edir.

Hökumətin “terrorçular” adlandırdığı qrupla təhlükəsizlik qüvvələri üz-üzə gəliblər.

Daxili İşlər Nazirliyi mayın 9-da baş verən toqquşma zamanı 5 polis əməkdaşının həlak olması, 30-dan çoxunun yaralanması ilə bağlı məlumat yaymışdı. Bəlli olub ki, ağır yaralanan polis əməkdaşlarından biri də gecə saatlarında xəstəxanada ölüb.

Makedoniyanın daxili işlər naziri Gordana Janukovskanın dediyinə görə, silahlılardan 20 nəfərindən çoxu təslim olub. Digərləri isə silahı yerə qoymaqdan imtina edib və şəhərin qərb hissəsinə sığınıb.

Nazir silahlıların ölkəyə adını açıqlamadığı qonşu ölkədən keçdiyini bildirib.

Avropa İttifaqı Makedoniyada baş verənlərlə bağlı narahatlığını bildirib.

XS
SM
MD
LG