Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:01

«Məhəmməd peyğəmbər haqda küfr»ə görə müəllimin əlini kəsənlər məhkum edildi


-

Hindistanda müəllimi küfrdə ittiham edib əlini kəsən islamçılar məhkum edildi.

Hindistan Xalq Cəbhəsi adlanan qrupa aid olan 13 nəfər 3 ildən 8 ilədək həbs cəzası alıblar.

Onlar 2010-cu ildə Thodupuzha şəhərindəki Newman kollecinin professoru TJ Joseph-i Məhəmməd peyğəmbər haqda küfrdə ittiham edərək əlini kəsiblər.

Professor anası və bacısı ilə birlikdə maşınla Katolik kilsəsindən evə qayıdırmış.

Radikal islamçılar maşınını saxlayıb onu zorla çölə çıxarmağa çalışıblar.

Maşının qapıları bağlı olduğu üçün şüşələri sındırıblar.

Onu bərk döyməklə yanaşı sağ əlini də kəsiblər.

Sonradan xəstəxanaya çatdırılan müəllimin əlini yerinə tikiblər.

İslamçılar iddia edirlər ki, bu yolla professordan qisas alıblar, çünki o, xristian kollecində imtahan üçün hazırladığı suallarda Məhəmməd peyğəmbəri təhqir edib. Əli kəsiləndən 4 ay qabaq.

İmtahan sualında Məhəmməd adlı şəxslə Allah arasında mükalimə verilib və Allah Məhəmmədi təhqir edib.

Amma bunun Məhəmməd peyğəmbər olub-olmadığı qeyd edilməyib.

Professor deyir ki, mükaliməni bir film ssenarisindən götürüb və məqsədi peyğəmbəri təhqir etmək olmayıb.

İmtahan sualı haqda məsələ ictimaiyyətə bəlli olandan sonra professor işdən uzaqlaşdırılmış və qısa müddətə həbs edilmişdi.

Əvvəl "dini hissləri qızışdırmaqda" ittiham olunsa da, sonradan bəraət almışdı.

Hadisədən 1 ay sonra onun həyat yoldaşı depressiyaya görə intihar etmişdi.

Professor deyir ki, əlikəsilənəcən 3 dəfə həyatına qəsd cəhdi olub.

XS
SM
MD
LG