Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:32

İsveçrədə atışma olub, ölənlər var


İsveçrənin şimalında Vyurenlinqen şəhərində bir neçə nəfərin cəsədi tapılıb. Arqau kantonunun polisinin verdiyi məlumata görə, yerli sakinlər mayın 9-da gecə saatlarında güllə səsləri eşidiblər.

Məlumata görə, öldürülənlərin arasında uşaq yoxdur, cəsədlər küçələrdə və evlərdədir.

Cinayətin motivləri və ölənlərin kimlikləri hələ ki bəlli deyil. Araşdırma aparılır.

Vyurenlinqen şəhəri Almaniya ilə sərhədə yaxındır. Şəhərin 4,5 min nəfərə yaxın əhalisi var.

Günün bütün mövzuları

XS
SM
MD
LG